19 iyun 2024 at 12:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85513785
T T
0 Persons

“Hudhud” videosunun üç mümkün məqsədi hansılardır?

19 iyun 2024 at 12:19
Xəbər kodu: 85513785
“Hudhud” videosunun üç mümkün məqsədi hansılardır?

Tehran - İRNA – “Hudhud videosunun üç mümkün məqsədi nədir?” (Hudhud – hop-hop və ya şanapipik quşu) sərlövhəli analitik məqaləsində deyilir: Əl-Mayadeen kanalı “Hudhud videosunun üç mümkün məqsədi nədir?” başlıqlı analitik verlişində qeyd edib: Livan İslami Müqaviməti işğal altındakı Fələstində İsrail mərkəzlərindən toplanan məlumatların səhnələrini göstərdikdən sonra bəzi mənbələr Əl-Mayadeen-ə bildiriblər ki, müqavimətin hudhudu təkcə Hayfa hərbi bazası deyil, həssas mərkəzlərin üzərindən uçduğunu açıqladı.

Hudhud-un çəkdiyi yerlərdən biri yüksək mühafizə olunan ərazi sayılan Rafael Arms şirkətinə bağlı Hərbi Sənaye Mərkəzidir. Hava və peyk görüntüləri ilə məşğul olan şirkətlər və mərkəzlərin İsrailin tələbinə əsasən həssaslığına görə bu ərazinin fotoşəkillərini dərc etmək hüququ yoxdur.

Bu video hərbi, mülki və strateji olmaqla üç mümkün hədəfi göstərir. Hərbi sənaye kompleksi və Hayfa hərbi bazası da daxil olmaqla hərbi. Mülki hədəfə Əl-Kariyot ərazisi, strateji hədəfə isə Hayfa limanı və onun mövcud obyektləri daxildir.

Sözügedən mənbələr həmçinin qeyd ediblər: Bu video ilk hissədir və sonrakı hissələr Livan müqavimətinin kəşfiyyat PUA-sının çatdığı əraziləri göstərir. Bu videonun sonndakı “qanadlarını açıb uçan quşlar” ifadəsi (“Nur” surəsi, 41-ci ayə) ilə bitir ki, bu da o deməkdir ki, Hizbullahın PUA-ları hələ də Fələstin səmasında uçur və istənilən kəşfiyyat missiyalarını yerinə yetirir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .